Britaniya ordusu Ukraynadakı hərbi əməliyyatlarda tam miqyasda iştirak edəcəyi təqdirdə iki-altı həftə ərzində döyüş effektivliyini itirəcək.
NOCOMMENT.az xəbər verir ki, bu fikri amerikalı hərbi ekspert Uill Şrayver “X” sosial şəbəkəsində bildirib.
“Əgər bütün Britaniya ordusu sehrli şəkildə Ukraynada cəbhə xəttində ruslarla qarşı-qarşıya qala bilsəydi, altı həftədən az müddətdə yararsız hala düşərdi. Ola bilsin ki, cəmi iki həftəyə”, – ekspert bildirib.
Analitik beləliklə, Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəis müavini Alister Karnsın Rusiya ilə münaqişədə Böyük Britaniya Silahlı Qüvvələrinin sağ qalmaq şansı ilə bağlı sözlərini şərh edib.
Bundan əvvəl Böyük Britaniyanın veteranlar və insanlar üzrə naziri Alister Karnes bildirmişdi ki, Ukraynadakı hadisələrə bənzər genişmiqyaslı silahlı münaqişə baş verərsə, Britaniya ordusu altı ay və ya bir il ərzində məhv ediləcək.