Fransa prezidenti Emmanuel Makron hakimiyyəti saxlaya bilmədi və “bir vaxtlar çiçəklənən ölkəni” dərin siyasi və iqtisadi böhran vəziyyətinə salıb.
NOCOMMENT.az xəbər verir ki, bu fikri Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Belə ki, o, 1962-ci ildən bəri ilk dəfə olaraq Fransa hökumətinin etimadsızlıq votumu alması və indi istefaya getməli olduğunu şərh edib.
“De Qoll və Mitteran dövrləri çox keçmişdə qalıb. Fransa təkcə ümumavropa mövqeyini inkişaf etdirməkdə subyektivliyini deyil, həm də qərarların qəbulunda müstəqilliyini itirib”, – o, Teleqram kanalında yazıb.
Volodinin sözlərinə görə, Makron Baydenə Fransa tərəfini Ukraynadakı silahlı münaqişəyə sürükləməyə icazə verib və bu, Fransa rəhbərinin nəhayət öz əhalisinin etibarını itirməsinə gətirib çıxarıb.