Tünd şokolad diabet riskini əhəmiyyətli dərəcədə azaldırbackend

Tünd şokolad diabet riskini əhəmiyyətli dərəcədə azaldır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni bir araşdırma, həftədə 5 porsiya tünd şokolad yeməyin 2-ci tip şəkərli diabetin inkişaf riskini əhəmiyyətli dərəcədə azaldır.  

NOCOMMENT.az xəbər verir ki, araşdırmanın nəticələri BMJ jurnalında dərc olunub.

Tədqiqatçılar 30 il ərzində qidalanma vərdişləri, sağlamlıq vəziyyəti və bədən çəkisi barədə məlumat verən 192 mindən çox sağlam yetkinin məlumatlarını təhlil ediblər. Tədqiqata görə, həftədə ən azı 5 porsiya hər hansı bir şokolad yeyən insanların 2-ci tip diabetə tutulma ehtimalı 10% azdır.

Təkcə tünd şokolad daha böyük təsir göstərərək riski 21% azaldıb, südlü şokolad isə heç bir real fayda verməyib və yalnız uzunmüddətli çəki artımı ilə əlaqələndirilib. Tədqiqat müəllifləri iddia edirlər ki, tünd şokoladda yüksək səviyyəli flavonollar doymuş yağ və şəkərin çəki artımı və digər kardiometabolik xəstəliklərə təsirini kompensasiya edə bilər.