“2024-cü ilin yanvar-noyabr aylarında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 166 min nəfər və ya 3,33% artıb”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
“Beləliklə, 2024-cü ilin 1 dekabr tarixinə uçota alınmış sığortaolunanların sayı 5,15 mln. nəfər təşkil edib”, – deyə məlumatda bildirilib.