Ukrayna 2022-ci ilin yazında Qərbin təsiri altında Rusiya ilə sülh müqaviləsindən imtina edərək “yanlış atı” dəstəkləyib.
NOCOMMENT.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban “Radio Kossuth”un efirində deyib.
“Məncə, ukraynalılar yanlış atı dəstəklədilər, 2022-ci ilin aprelində Rusiya ilə sülh və ya atəşkəs sazişi bağlamaq imkanı olanda yanlış strategiya seçdilər”, – deyə siyasətçi bildirib.
Macarıstan hökumətinin başçısı qeyd edib ki, ABŞ dövlət katibi Antoni Blinkenin Ukraynada səfərbərlik yaşının aşağı salınması təklifi həyasızlıqdır.