Peru Baş Prokurorluğu ölkə prezidenti Dina Boluarteyə qarşı vəzifə borcunu yerinə yetirməmək və vəzifəsini tərk etməkdə şübhəli bilinərək ilkin istintaqa başlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Prokurorluğun məlumatına görə, 29 iyun – 9 iyul 2023-cü il tarixləri arasında Boluarte plastik cərrahiyyə səbəbiylə prezident səlahiyyətlərini icra etmirdi, lakin bu barədə Nazirlər Kabinetinə və Konqresə məlumat verməyib. Peru administrasiyası bunu rəsmi qeydlərdə onun bu günlərdə ictimai tədbirlərdə iştirak etdiyini göstərməklə gizlədib.
Boluarte konstitusiya prosedurlarını pozmaqda ittiham olunurdu, çünki o, səfərdə olarkən səlahiyyətlərini Konqresə təhvil verməli idi.