S&P Azərbaycanın kredit reytinqlərini təsdiqlədibackend

S&P Azərbaycanın kredit reytinqlərini təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“S&P Global Reytinq” beynəlxalq reytinq agemtliyi Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini “BB+/B’”səviyyəsində təsdiqləyib.

NOCOMMENT.az bu barədə “Report” agentliyə istinadən xəbər verir. Reytinqlər üzrə proqnoz “sabit”dir. Stabil proqnoz neft hasilatının tədricən azalmasına baxmayaraq, Azərbaycanın əhəmiyyətli fiskal və xarici buferlərinin iqtisadiyyatı ticarət şərtlərində mümkün şoklardan qoruya biləcəyini əks etdirir.

“Əgər Azərbaycan davamlı olaraq ikili fiskal və cari hesab profisitləri əldə etməyə davam edərsə və regionda geosiyasi risklər azalarsa, reytinqləri artıra bilərik”, – S&P-nin açıqlamasında deyilir.