Vladimir Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Fransa lideri Emmanuel Makronla Parisdə keçirilən görüşü məhsuldar adlandırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
“Prezident Tramp və prezident Makronla yaxşı, məhsuldar bir görüş”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, tərəflər Ukraynadakı vəziyyəti və onun sülh yolu ilə həllini müzakirə edib, həmçinin bu istiqamətdə daha da işləmək barədə razılığa gəliblər.
Bundan əlavə, Zelenski Trampın bu məsələdə qətiyyətli olduğunu vurğulayıb.
Bundan əvvəl “The New York Times” yazıb ki, Zelenskinin Trampla Parisdə görüşü Ukraynanın Rusiya ilə danışıqlarda güzəştə getməyə hazır olduğunu nümayiş etdirir.