Azərbaycanda ÜDM artımı 4,5%-ə yüksəldi – S&Pbackend

Azərbaycanda ÜDM artımı 4,5%-ə yüksəldi – S&P

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın 2024-cü il üçün ümumi daxili məhsulda (ÜDM) artım proqnozunu 4,5%-ə yüksəldib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Qeyd edilib ki, bu il Azərbaycanın ÜDM-in artım tempi agentliyin cari ilin əvvəlində proqnozlaşdırdığı tempdən əhəmiyyətli dərəcədə yüksək olub.

“2024-cü ilin yanvar-oktyabr aylarında ÜDM artımı 4,9% təşkil edib. Buna əsasən, biz cari ildə ölkənin ÜDM artım proqnozunu 2,5 %-dən (iyun proqnozu) 4,5 %-ə qədər yenidən nəzərdən keçirmişik”, – məlumatda vurğulanıb.

Agentlik bu il ÜDM-in nominal dəyərini 126 milyard manat (74 milyard ABŞ dolları) səviyyəsində proqnozlaşdırır.

Azərbaycanda iqtisadi artımın əsas drayveri 10 ay ərzində 6,8% artmış qeyri-neft sektorudur.

“Yük və sərnişin daşımaları, informasiya-kommunikasiya xidmətləri və pərakəndə ticarət dövriyyəsi sahəsində daha yüksək göstəricilər bu artıma töhfə verib. Biz Qarabağ bölgəsinə investisiyaları əks etdirən tikinti sektorunda da müsbət dinamikanı qeyd edirik”, – agentlik bildirib.