iPhone-ların qiyməti rekord həddə ARTACAQbackend

iPhone-ların qiyməti rekord həddə ARTACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı ildə Apple yeni prosessorlar hesabına iPhone qiymətlərini qaldıracaq. Bu barədə “PhoneArena” məlumat yayıb.

NOCOMMENT.az  media jurnalistləri iki il ərzində Apple smartfonları üçün komponentlərin qiymətinin artacağını proqnozlaşdıran insayderlərə istinad ediblər. Açıqlanan məlumata görə, 2028-ci ildə Amerika şirkəti ilk dəfə olaraq iki nanometrlik A20 Pro çipləri əsasında smartfonlar buraxacaq. Yeni prosessorlar hazırkılardan 70 faiz baha olacaq – onların qiyməti 50 dollardan 85 dollara qalxacaq.

İnsayderlər hesab edirlər ki, bu baxımdan iPhone 18 Pro və 18 Pro Max öz sələflərindən baha olacaq. Eyni zamanda, Apple üç nanometrlik proses texnologiyasından istifadə etməklə yaradılmış prosessorlar əsasında əsas iPhone 18 smartfonlarını saxlamaq və onların qiymətlərini artırmamaq niyyətindədir.

PhoneArena müəlliflərinin fikrincə, yeni prosessorlar daha sürətli işləməyi və təkmilləşdirilmiş enerji səmərəliliyini təmin etməlidir. “Bu günlərdə prosessorlar olduqca sürətlidir, ona görə də biz şübhə edirik ki, A20 Pro Apple-ın hazırkı çiplərindən tamamilə fərqli olacaq”, – jurnalistlər qeyd ediblər. Onlar həmçinin xatırladıblar ki, iPhone-un iki nanometrlik prosessorlara keçidi hələ oktyabr ayında proqnozlaşdırılırdı.

 

Dekabrın əvvəlində PhoneArena nəşrinin jurnalistləri iPhone-un Samsung smartfonları ilə müqayisədə yeni üstünlüyünü aşkar ediblər . Onların fikrincə, 2025-ci ildə Android flaqmanları daha bahalı prosessorlara görə Apple cihazlarından baha olacaq.