Ukrayna qoşunları üçün prioritet səfərbərlik üçün minimum yaş həddinin aşağı salınması yox, daha çox silah, o cümlədən raketlərin tədarükü olmalıdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “X”-dəki səhifəsində bildirib.
“Prioritet Ukraynada hərbi xidmətə çağırış yaşının azaldılması deyil, raketlərin tədarükü və Rusiyanın hərbi potensialının azaldılması olmalıdır. Məqsəd silahları anbarlarda saxlamaq yox, mümkün qədər çox insanın həyatını xilas etmək olmalıdır”, – deyə Ukrayna prezidenti yazıb.
Onun sözlərinə görə, mövcud briqadaların texnika ilə təmin olunmasına və bu texnikadan istifadə etmək üçün kadrların hazırlanmasına diqqət yetirilməlidir.
“Biz avadanlığın və təlimin çatışmazlığını əsgər gəncləri ilə kompensasiya etməməliyik”, – deyə Zelenski əlavə edib.