Fransa prezidenti Emmanuel Makron “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişviliyə Gürcüstandakı vəziyyətin həllinə kömək təklifi ilə müraciət edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun mətbuat xidməti məlumat yayıb.
“Fransa prezidentinin təşəbbüsü ilə “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili ilə Emmanuel Makron arasında telefon danışığı olub. Makron qeyd edib ki, o, Gürcüstanda yaranmış vəziyyətdən təəssüflənir və vəziyyətin tam aradan qaldırılması üçün öz töhfəsini verməyə hazır olduğunu bildirib. Bidzina İvanişvili də öz növbəsində Fransa prezidentinə təşəbbüsə görə təşəkkür edib və birgə səylər ideyasını alqışlayıb”, – mesajda deyilir.
Söhbət Parisin təşəbbüsü ilə baş tutub və bir saata yaxın davam edib.