Tramp Ukrayna münaqişəsinə son qoymağı özünün prioriteti adlandırıbbackend

Tramp Ukrayna münaqişəsinə son qoymağı özünün prioriteti adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna böhranının həllinin onun üçün prioritet olacağını bildirib.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə Paris Match-ə müsahibəsində bildirib.

“Prioritet Ukrayna-Rusiya problemini həll etməkdir”, – deyə Tramp bildirib.

Məlum olduğu kimi, Parisdə keçirilən görüşdə amerikalı siyasətçi Ukraynada dərhal atəşkəs əldə olunmasını istədiyini bildirib.

Tramp həmçinin hazırkı prezident Co Bayden administrasiyası tərəfindən Kiyevi maliyyələşdirməsini ələ salaraq, onu adi vətəndaşların vergilərini mənimsəməkdə ittiham edib.