Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata nar satılır – ÖLKƏLƏR, QİYMƏTLƏRbackend

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata nar satılır – ÖLKƏLƏR, QİYMƏTLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana xarici ölkələrdən 22 min 150 kiloqram nar gətirilib.

NOCOMMENT.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu miqdarda məhsul alışına 47 min 750 dollar vəsait ödənilib. İdxal olunan məhsulun bir kiloqramının orta qiyməti 2,15 dollar (3 manat 66 qəpik) olub. Ən bahalı nar Perudan (bir kiloqramı 4,25 manata), ən ucuz nar isə İrandan (bir kiloqramı 1,7 manata) alınıb.

Azərbaycana nar gətirilən ölkələr və alınan narın qiyməti ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Ölkələr   Miqdar (ton) Məbləğ (min ABŞ dolları) Bir kiloqram üçün orta qiymət (manatla)
  Cənubi Afrika Respublikası 1,73 4,31 4,23
  İran İslam Respublikası 0,56 0,56 1,7
  Peru 14,83 37,09 4,25
  Türkiyə 5,03 5,79 1,95
Valyuta.az

Bu dövrdə Azərbaycandan xarici ölkələrə 6 milyon 268 min 20 kiloqram miqdarında, 5 milyon 569 min 680 dollar dəyərində nar ixrac olunub. İxrac olunan məhsulun bir kiloqramının orta qiyməti 0,88 dollar (1,51 manat) olub. Ən bahal nar Səudiyyə Ərəbistanına (bir kiloqramı 19,98 manata), ən ucuz nar isə Gürcüstana (1,13 manata) satılıb.

Azərbaycandan nar ixrac olunan ölkələr və satılan narın qiyməti ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Ölkələr   Miqdar (ton) Məbləğ (min ABŞ dolları) Bir kiloqram üçün orta qiymət (manatla)
  Belarus 61,16 53,79 1,49
  Qazaxıstan 70,92 50,18 1,2
  Moldova 10,2 9,69 1,61
  Rusiya 5589,63 5011,46 1,52
  Ukrayna 270,07 259,91 1,63
  Gürcüstan 260,54 173,71 1,13
  Qətər 5,05 5,66 1,9
  Səudiyyə Ərəbistanı 0,45 5,29 19,98