“Neptun” külli miqdarda borcunu ödəmirbackend

“Neptun” külli miqdarda borcunu ödəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neptun” supermarketlər şəbəkəsi bir ildir ki, külli miqdarda vergi borcunu ödəmir. 

NOCOMMENT.az-ın araşdırmasına görə, supermarketlər şəbəkəsinin bu il dekabr ayının 11-ə olan yığılmış vergi borcu 128 min 470 manat təşkil edib.
2023-cü ilin dekabr ayında isə “Neptun”un vergi borcu 161 min 794 manat təşkil edib. Başqa sözlə, şəbəkənin vergi borcu 20% civarında azalıb. Bununla belə, vergi borcunun böyük bir hissəsi bir il müddətində ödənilməyib.

Qeyd edək ki, “Neptun-S” MMC kimi dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi Anar Nurəddin oğlu Quliyev, nizamnamə kapitalı isə 10 manatdır.

Xatırladaq ki, Vergilər Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.