Əsəd rejimi tərəfindən aylardır pəncərəsiz kamerada saxlanılan məhbusun həbsdən çıxdığı anlar böyük marağa səbəb olub.
NOCOMMENT.az BAKU.WS -ə istinadən xəbər verir ki, müxalif qüvvələrdən biri onu kamerada adyalın altından çıxarıb. O “Mən vətəndaşam” deyərək öldürülməməsini istəyib.
Həmin vaxt orada “CNN International” kanalının tanınmış müxbiri Klarissa Uaarda da olub.
O məhkuma su verib və bayıra çıxarılmasında kömək edib.
Pəncərəsiz kameradan çıxan məhkum göy üzünü gördüyü üçün sevinib. Onun videosu böyük platformalarda yayılaraq rezonans doğurub.
Sözügedən kadrları təqdim edirik: