Yaponiya və Monqolustan müdafiə avadanlığının təhvil verilməsi haqqında saziş imzalayıbbackend

Yaponiya və Monqolustan müdafiə avadanlığının təhvil verilməsi haqqında saziş imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya və Monqolustan arasında müdafiə texnikası və texnologiyalarının ötürülməsinə dair saziş imzalanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sazişi Yaponiyanın Ulan-Batordakı səfiri Masaru İqavahara və Monqolustan Müdafiə naziri Sandaqiyn Byambaçoqt imzalayıblar.

Yaponiya Xarici İşlər Nazirliyi qeyd edib ki, saziş birgə layihələrin, o cümlədən beynəlxalq arenada sülh və sabitliyin əldə olunmasına töhfə verən layihələrin həyata keçirilməsi üçün müdafiə texnikası və texnologiyalarının ötürülməsinə imkan verəcək. O, həmçinin müdafiə avadanlığı və texnologiyasının üçüncü tərəflərə ötürülməsinə və ya onlardan hər hansı sui-istifadəyə nəzarəti təmin edəcək.

Saziş Tokio və Ulan-Bator arasında müdafiə avadanlığı və texnologiyası sahəsində, eləcə də Yaponiyanın müdafiə sənayesinin istehsal və texnoloji bazasının saxlanılması və təkmilləşdirilməsi, bununla da Yaponiyanın təhlükəsizliyinin gücləndirilməsi sahəsində daha sıx əməkdaşlığa kömək edəcək.