Şagirdlər məktəbə necə aparılacaq: “3 nəfərə bir “UAZ” bəsdir”backend

Şagirdlər məktəbə necə aparılacaq: “3 nəfərə bir “UAZ” bəsdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar aktual olan mövzulardan biri də şagird sayı az olan məktəblərin rasionallaşmasıdır.

Bu gün ucqar bölgələrdə şagird sayı çox az sayda olan məktəblər var. Problemin həlli kimi də şagird sayı az olan məktəblərdən onların digər məktəblərə köçürülməsi göstərilir.

Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, hazırda məktəb rasionallaşmasını buna görə aparırırıq ki, şagidləri daha yaxşı təhsillə təmin edək:

“Şagird sayı az olan məktəblərdə, yəni 1,2,3 uşaq olan məktəblərdəki şagirdlər digər məktəblərə daşınacaq”.

Bu da bir faktdır ki, ucqar bölgələrdə olan məktəblərdəki az saydakı şagirdlərin digər məktəblərə köçürülməsi də bir sıra problemləri ortaya çıxarır. Belə ki, bir kənddən digər kəndə gedəcək şagird üçün nəqliyyat, yol problemi var.

Qeyri-sabit hava şəraitinin baş verməsi kimi amillər, yaxud keçilməz çayları olan kəndlər var ki, bu da uşaqlar üçün çətinliklər yaradır.

Bəs az sayda şagirdlərin digər məktəblərə daşınması zamanı bu kimi problemlər necə həllini tapacaq?

NOCOMMENT.az xəbər verir ki, təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, bu məsələ hər zaman gündəmdə olub:

“Xüsusilə son günlərin ən aktual mövzusudur. Cəmiyyət məktəblərin rasionallaşmasını qeyri-adi qarşıladı. Nəzərə alsaq ki, 2, 3 və yaxud 10 şagirdin olduğu məktəbin sayı 50-dən artıqdır. Ancaq bütün bunların hamısı büdcədə böyük maliyyə hesabına başa gəlir. Ona görə də mümkün qədər məktəblərin birləşdirilməsi nəzərdə tutulub.

Bunun necə tənzimlənəcəyinə gəldikdə isə, ucqar bölgələrdə fövqəladə hallar baş verirsə, bu həm təhsilə, həm də kənd təsərrüfatına və digər sahələrə də mənfi təsir edir. Ona görə də bundan kimsə sığortalanmayıb. Ancaq həlli mümkün olan məsələlər də var.

Belə ki, şagirdlərin daşınması, nəqliyyat xərci ilə bağlı 3 nəfər şagirdi bir “Niva”, “UAZ” maşınında aparmaq olar. Yetər ki, Elm və Təhsil Nazirliyinin büdcəsində cari il üçün nəzərdə tutulan maliyyə diqqətdə saxlanılsın ki, onların çatdırılmasında problem olmasın”.