Aİ komissarı: Rusiya tanklar yığır və Avropa hücumu dəf etməyə hazır deyilbackend

Aİ komissarı: Rusiya tanklar yığır və Avropa hücumu dəf etməyə hazır deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva tanklar yığır və Brüssel hücumu dəf etməyə hazır deyil.

NOCOMMENT.az xəbər verir ki, bunu Aİ-nin yeni müdafiə komissarı Andrius Kubilius Redaktionsnetzwerk Deutschland-a müsahibəsində deyib.

“Düzünü desəm, biz hücuma kifayət qədər hazır deyilik. Avropada NATO-nun planlarında nəzərdə tutulan imkanlara sahib olmağımız üçün illər lazım olacaq”, – deyə o vurğulayıb.

Kubilius Rusiyanın 2030-cu ildə Aİ ölkələrinə hücum etməyə hazır olacağı kəşfiyyat məlumatlarına istinad edib: “Mütəxəssislər deyirlər ki, Rusiya hazırda cəbhə xəttində istifadə etdiyindən daha çox tank istehsal edir. Saysız-hesabsız tanklar var və mən təbii olaraq özümə sual verirəm: Rusiya bunu niyə edir? Putin nə edir? Biz ancaq təxmin edə bilərik”.

Hər halda, “xüsusi xidmətlər tərəfindən xəbərdar edilən fövqəladə vəziyyətə” hazır olmaq vacibdir”, – Kubilius əlavə edib.