Bolqarıstan Şengen zonasına qoşulmaqla bağlı ruslar üçün viza verilməsi prosedurunu sərtləşdirməyi planlaşdırmır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Bolqarıstanın Moskvadakı səfirliyinin konsulluq xidmətinin rəhbəri Miroslav Komarov məlumat verib.
“Vizaların verilməsi prosedurunu sərtləşdirmək planları yoxdur”, – RİA Novosti onun sözlərindən sitat gətirir.
Dekabrın 12-də Aİ 2025-ci il yanvarın 1-dən Bolqarıstan və Rumıniya ilə Şengen quru sərhədlərində sərhəd nəzarətinin ləğvini təsdiqləyib.
Bununla yanaşı, Komarov 2025-ci ildə Rusiyadan turist axınının mümkün artımı ilə bağlı proqnoz verməyib.