Yeni canlı növü tapıldı – Uçan nəhəngbackend

Yeni canlı növü tapıldı – Uçan nəhəng

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tədqiqatçılar Avstraliyanın Çubut əyalətində yeni, unikal növə aid 178 milyon illik pterozavr qalığı aşkar ediblər.

NOCOMMENT.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə “Royal Society Open Science” jurnalında araşdırmasında deyilir.

Pterodaktillərin təkamülü Yura dövründə baş verib. Məlum olan ən qədim fosillər Yura dövrünün sonlarına (təxminən 160 milyon il əvvəl) aiddir. Bununla belə, tədqiqatçılar Melkamter pateko adlı bu yeni növün erkən Yura dövrünün sonunda yaşadığını söyləyirlər.

Bu, pterodaktiloidlərin əvvəllər düşünüldüyündən xeyli əvvəl yaşadıqlarını göstərir.

Tapıntının xüsusiyyətlərindən biri də fosilin aşkarlandığı yerlə bağlıdır. Fosilləşmiş qalıqlar qitənin dərinliklərində, sahildən uzaqda tapılıb. Bu, qeyri-adi haldır, çünki Yura dövründə pterozavrlarının əksəriyyətinin dəniz mühitində yaşadığı, əsasən dəniz canlıları ilə qidalandığı güman edilirdi.

Melkamter patekonun həşəratlarla qidalandığı düşünülür. Bu onu göstərir ki, pterodaktiloidlər sahilə yaxın yox, daxili ərazilərdə üzə çıxmış ola bilərlər.

Tədqiqatın müəllifi Aleksandra Fernandes bunu təkamüllə əlaqələndirir.