Almaniya kansleri Olaf Şolts növbəti dəfə Ukrayna Silahlı Qüvvələrinin alman silahları ilə Rusiya ərazisinə dərin zərbələr endirməsinə icazə verilməsinin əleyhinə çıxıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS DPA agentliyinə istinadən məlumat yayıb.
“Almaniyadan gətirilən uzaqmənzilli silahlardan Rusiya ərazisinə dərin zərbələr endirmək üçün istifadəyə icazə verilməyəcək – və bu, belə qalacaq”, – Şolts bildirib.
Bununla da o, Almaniya kansleri vəzifəsinə namizəd, Kiyevə Taurus raketlərinin tədarükü və Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə dərin zərbələr endirməsinə icazə verən Xristian Demokrat İttifaqının lideri Fridrix Merzin mövqeyini rədd edib.