Kamçatkada 5,4 bal gücündə zəlzələ baş verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsinin Teleqram kanalında məlumat verilib.
Agentliyin məlumatına görə, zəlzələnin episentri Milkovo kəndindən 135 km şərqdə, 123 km dərinlikdə yerləşib. Bildirilir ki, yeraltı təkanlar Petropavlovsk-Kamçatski və Vilyuçinski şəhər rayonlarında, həmçinin Yelizovski rayonunda iki bala qədər hiss olunub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.