Kuba Prezidenti Latın Amerikasında sülh zonasının yaradılmasını təklif edibbackend

Kuba Prezidenti Latın Amerikasında sülh zonasının yaradılmasını təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kuba Prezidenti Miqel Dias-Kanel Karakasda Amerika xalqları Bolivar Alyansının Sammitində Latın Amerikası xalqlarının birliyi və bölgədə sülh zonasının yaradılması uğrunda çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report” “Venezolana de Television” telekanalına istinadən məlumat yayıb.

“İmperializm heç vaxt xalqları bölmək məqsədindən əl çəkmədi, buna görə Latın Amerikası və Karib dənizinin sülh zonası elan edilməsinin mütləq aktuallığını təsdiqləyirik”, – Dias-Kanel deyib. O, regional birliyinin yaradılmasının 20 illiyini qeyd edən alyans ölkələrinin iqtisadi inkişafı üçün inteqrasiyanın vacib olduğunu vurğulayıb.

Dias-Kanel ABŞ-nin Kuba və Venesuelaya qarşı birtərəfli məcburi tədbirlərin tam və qeyd-şərtsiz ləğv olunmasını tələb edib. Kuba lideri vurğulayıb ki, bu, beynəlxalq ictimaiyyətin tələbidir, çünki ABŞ hökuməti 62 ildir, Kubaya hər hansı bir ölkəyə qarşı tətbiq olunan ən sərt və uzunmüddətli birtərəfli məcburi tədbirlər sistemini tətbiq edir.