Cənubi Koreyada parlament və hökumət şurasının yaradılması təklif edilibbackend

Cənubi Koreyada parlament və hökumət şurasının yaradılması təklif edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya müxalifət lideri Li Çje Mön Prezident Yun Sok Yolun impiçmentdən sonra vəzifəsindən müvəqqəti uzaqlaşdırıldığı dövrdə dövlətin idarə edilməsinin sabitləşdirilməsi üçün parlament və hökumətin birgə şurasının yaradılmasına çağırıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Dövlətin idarə edilməsinin sabitləşdirilməsi üçün partiyalararası əməkdaşlıq orqanının, sabitliyin təmin edilməsi üçün parlament və hökumətin birgə şurasının yaradılmasını təklif edirəm”, – Birləşmiş Demokratik Partiyanın sədri Li Çje Mön bildirib.

O əlavə edib ki, demokratik partiya dövlətin idarə edilməsinin sabitləşdirilməsi və “beynəlxalq etimadın bərpası” üçün bütün partiyalarla fəal əməkdaşlığa hazırdır.

Li Çje Mön Cənubi Koreya iqtisadiyyatının bərpasının vacibliyini vurğulayaraq, partiyasının bazarın sabitləşdirilməsi və investisiyaların qorunması da daxil olmaqla iqtisadi qeyri-sabitliyin aradan qaldırılması üçün partiyalararası əməkdaşlıq üçün “səy əsirgəməyəcəyini” deyib. O həmçinin əlavə büdcənin tez müzakirə edilməsi, yerli valyuta kimi yerli iqtisadiyyatın dəstəklənməsi və süni intellektlə bağlı layihələr üçün vəsaitlərin ayrılmasının nəzərdən keçirilməsinin vacibliyini qeyd edib.

Müxalifət lideri Konstitusiya Məhkəməsinə müraciət edərək Prezident Yun Sok Yolun vəzifədən uzaqlaşdırılması prosesini “dövlətdəki xaosu minimuma endirməyin yeganə yolu” olduğu üçün “mümkün qədər tez” başa çatdırmağa çağırıb.