İsrail Baş naziri Binyamin Netanyahu və ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı olub, Yaxın Şərqə dair müzakirə aparılıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin məsləhətçisi Dmitrii Gendelman paylaşım edib.
Qeyd edilib ki, telefon danışığı dekabrın 14-də axşam baş tutub. Telefon danışığında Qəzzada saxlanılan israillilərin geri qaytarılması, o cümlədən Suriya və Qəzzadakı vəziyyət müzakirə olunub.