Nazirlik müxtəlif avtomobillər və avtobus almaq üçün milyon manat ayırdıbackend

Nazirlik müxtəlif avtomobillər və avtobus almaq üçün milyon manat ayırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi iki yeni tender elan edib.

NOCOMMENT.az xəbər verir ki, tender yük avtomobili və sərnişin avtobusu nəqliyyat vasitələrinin satın alınması ilə bağlıdır. Tenderin ilkin ehtimal olunan qiyməti 470 min 700 manatdır. Təkliflərin son təqdim olunma tarixi 2025-ci il 10 yanvardır.

Digər tender də istehsalat və avtomobil nəqliyyat vasitələrinin alınması ilə bağlıdır. Bu tenderin ilkin ehtimal olunan qiyməti 545 min 620 manatdır. Təkliflərin son təqdim olunma tarixi 2025-ci il 10 yanvardır.

İki tenderin birlikdə ehtimal olunan qiyməti 1 milyon 16 min 320 manatdır.\\Valyuta.az