Çin məmuru korrupsiyaya görə edam edibbackend

Çin məmuru korrupsiyaya görə edam edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Kommunist Partiyasının Hohhot iqtisadi və texnoloji inkişaf zonası üzrə işçi komitəsinin keçmiş katibi Li Jianpin korrupsiya cinayətinə görə edam edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CTC) məlumat yayıb.

“Ali Xalq Məhkəməsinin qərarına əsasən, 2024-cü il dekabrın 17-də səhər saatlarında Daxili Monqolustan Muxtar Bölgəsinin Xingan dairəsinin ara xalq məhkəməsi Li Jianpini qanuna uyğun olaraq edam edib”, – materialda deyilir.

Aydınlaşdırılır ki, Lia Jianpinq müxtəlif dövlət vəzifələrini tutarkən 199 milyon dollar məbləğində büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunub. Sabiq məmur, həmçinin başqa şəxslərdən 80 milyon ABŞ dollarından artıq məbləğdə maliyyə və maddi sərvətlər alıb, həmçinin dövlət büdcəsindən 146 milyon dollardan artıq vəsaiti sui-istifadə edib.