Məhəmməd əl-Bəşir: Suriya Müdafiə Nazirliyi yenidən təşkil ediləcəkbackend

Məhəmməd əl-Bəşir: Suriya Müdafiə Nazirliyi yenidən təşkil ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın yeni hakimiyyət orqanları respublikanın Müdafiə Nazirliyini yenidən təşkil etməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin keçid hökumətinin başçısı Məhəmməd əl-Bəşir “Əl-Cəzirə” telekanalına danışıb.

“Müdafiə Nazirliyi devrilmiş rejimin inqilabçıları və fərarilik edən zabitlərini daxil etməklə yenidən strukturlaşdırılacaq”, – deyə o vurğulayıb.

Dekabrın 14-də məlum olub ki, Suriya Müdafiə Nazirliyi bütün silahlı birləşmələri ləğv edəcək. Prezident Bəşər Əsədi devirən qüvvələr həmçinin bütün müxalifət qruplarını, milli koalisiyanı, danışıqlar komitəsini dağıtmağı və vahid hökumətin himayəsi altında fəaliyyət göstərməyi planlaşdırır.