Sumqayıtda Yaşıl dərə yaşayış massivində beş nəfər dəm qazından zəhərlənib.
NOCOMMENT.az xəbər verir ki, zəhərlənənlər bir ailənin üzvləridir.
39 yaşlı Qabil Niftalı oğlu Orucov, onun həyat yoldaşı 29 yaşlı Gülbuta İmamverdi qızı Orucova, övladları – 5 yaşlı Niftalı Qabil oğlu Orucov, 16 yaşlı Aysun Qabil qızı Orucova və 8 yaşlı Samirə Qabil qızı Orucova dərhal Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına aparılıb.\\Axar.az