Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Moskvaya səfər edirbackend

Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Moskvaya səfər edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun gələn ay Kiyevə səfərindən sonra Moskvaya səfərə hazır olacağı bildirilir,

NOCOMMENT.az xəbər verir ki, Kelloqun Rusiyaya səfəri hər hansı konkret siyasət həyata keçirmək yox, məlumat toplamaq məqsədi daşıyacaq. Kelloq, London, Paris və Romaya da səfər etməyi planlaşdırır.

Əvvəllər Trampın ilk dövründə milli təhlükəsizlik rollarında çalışmış təqaüdçü general, keçən ay Moskva və Kiyev arasında sülh nizamlanmasına dair danışıqlarda gələcək administrasiyanın əsas fiquru kimi təyin edilib.