Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib – VİDEObackend

Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, dekabrın 16-da saat 11 radələrində Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində 2 naməlum şəxs şirkətlərdən birinə məxsus “Chevrolet” markalı avtomobili dayandıraraq sürücünü aldatmaqla ona zor tətbiq edib avtomobildə olan 127 298 manat pulu talayaraq qaçıb.

Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində pul vasaitini quldurluq yolu ilə talamaqda şübhəli bilinənlər – 38 yaşlı Ruhid Fərəcov və 36 yaşlı Samir Qasımov saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, şübhəli şəxslər avtomobildə pul olmasından məlumatlı olublar.

Sumqayıt Şəhər Polis İdarəsində fakta görə Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb. R.Fərəcov və S.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.