Rusiya prezidenti 12 il əvvəl Suriyada yoxa çıxan amerikalı jurnalist Ostin Ticenin taleyi ilə maraqlanacağını bildirib.
NOCOMMENT.az xəbər verir ki, Moskvada illik sual-cavab sessiyası zamanı Putindən NBC-nin müxbiri Keir Simmons Suriyanın keçmiş prezidenti Bəşər Əsəddən Austin Tice ilə baş verənlər barədə məlumat soruşub.
Amerikalı jurnalist və ABŞ Dəniz Piyadaları Korpusunun veteran zabiti Tice 2012-ci ilin avqustunda Suriyada ölkədəki vətəndaş müharibəsini işıqlandırarkən yoxa çıxıb.
Daha sonra Suriya hakimiyyətinin onu Dəməşqin cənubunda CIA ilə əlaqədə şübhəli bilinərək saxladığı bildirilib.