“WhatsApp” ChatGPT ilə bağlı yeniliyə imza atıb.
NOCOMMENT.az Metbuat.az-a istinadən xəbər verir ki, WhatsApp” ChatGPT-ni platformasına inteqrasiya edib. Yeniliyə əsasən istifadəçilər “WhatsApp” vasitəsilə ChatGPT ilə söhbət edə biləcəklər. Həmçinin, bu inteqrasiya istifadəçilərə ChatGPT ilə daha asan mətn əsaslı söhbətlər aparmağa imkan verir. Yenilik süni intellektin daha geniş auditoriyaya çatmasına şərait yaradır. OpenAI-nin bu addımının məqsədi süni intellekt texnologiyasını dünyada daha əlçatan etməkdir. Xüsusilə internetə çıxışın məhdud olduğu bölgələrdə “WhatsApp” vasitəsilə ChatGPT-ə daxil olmaq böyük üstünlük hesab edilir.
Bu yenilik həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan regionlarda istifadəçilər üçün bərabər imkanlar yaradır. Hələlik yenilik bütün regionlarda istifadəyə verilməyib.