Rusiya prezidenti Vladimir Putin Yunanıstanda ən populyar xarici siyasətçiyə çevrilib.
NOCOMMENT.az xəbər verir ki, bunu MRB Hellas-ın keçirdiyi sorğunun nəticələri sübut edir.
Sorğuda iştirak edən yunanların 31,8 faizi Rusiya liderini ən yaxşı xarici siyasətçi adlandırıb. Sorğuda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 29,8 faiz müsbət rəylə ikinci, Fransa prezidenti Emmanuel Makron isə respondentlərin 27,7 faiz səsi ilə üçüncü olub.
Onların ardınca siyahıda Çin prezidenti Si Cinpin, Ukrayna lideri Vladimir Zelenski, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ-ın hazırkı prezidenti Co Bayden gəlir.