Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 467,127 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
NOCOMMENT.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,3 % azdır.
Hesabat dövründə Azərbaycan həmçinin 2,746 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 5,3 dəfə azdır.
Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 2,49 %-ni, ixrac isə ümumi ixracın 0,01 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 8,9 % azdır.