Ukraynalı müğənni Polşanı təhqir etdiyinə görə 10 il müddətinə Avropa İttifaqından uzaqlaşdırılıb.
NOCOMMENT.az Ukraynalı musiqiçi Kirill Bledny ötən il polyak dilini ictimaiyyət qarşısında təhqir etdiyinə görə Avropa İttifaqına girişinin qadağan edildiyini açıqlayıb.
Polşalıların kütləvi reaksiyası fonunda Poşlaya Mollinin (Vulqar Molli) solisti üzr istəyib və onun şərhlərinin zarafatla edildiyini iddia edib.
Mahnıları əsasən rus dilində olan ukraynalı qrup son illər Rusiyada gənc tamaşaçılar arasında müəyyən dərəcədə populyarlıq qazanıb.
2022-ci ilin fevralında Rusiya-Ukrayna münaqişəsinin kəskinləşməsindən sonra musiqiçilər Moskvanın hərəkətlərini pisləyib, ölkəni tərk edib və Poşlaya Mollinin orada keçiriləcək bütün konsertlərini ləğv ediblər.