ABŞ Təhrir əş-Şam liderinin həbsinə görə təyin edilən 10 milyon dollar mükafatı ləğv edib.
NOCOMMENT.az xəbər verir ki, ABŞ hökuməti Suriyada Bəşar Əsəd rejiminə ən böyük müxalif qruplardan biri olan Təhrir əş-Şam lideri Əbu Məhəmməd əl-Colaninin həbsi üçün təyin edilən 10 milyon dollar mükafatı ləğv edib.
Məlumata görə, bu barədə amerikalı diplomatlar və Təhrir əş-Şam nümayəndələri arasında aparılan danışıqlardan sonra qərar alınıb. ABŞ dövlət katibinin müavini Barbara Lif iki ölkə arasındakı danışıqları konstruktiv adlandırıb.
Qeyd olunub ki, ABŞ rəsmiləri Bəşar Əsəd rejimi altında yoxa çıxan amerikalılar haqqında daha çox məlumat axtarırlar.