ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Panama kanalını ABŞ-ın mülkiyyətinə qaytarmağa çağırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” hesabında yazıb.
Onun sözlərinə görə, kanaldan ən fəal istifadə edən ABŞ-dır və o, öz növbəsində Amerikanın iqtisadiyyatında və milli təhlükəsizliyində əsas rol oynayır.
“ABŞ-nin Panamaya göstərdiyi fövqəladə səxavəti nəzərə alsaq, Panamanın aldığı rüsumlar gülüncdür”,- deyə o vurğulayıb.