ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18 qırıcısı Qırmızı dəniz üzərində vurulub.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18 iki yerlik qırıcısı Amerika raket kreyserinin hava hücumundan müdafiə sistemi tərəfindən səhvən vurulub.
“USS Gettysburg raket kreyseri, Hərbi Dəniz Qüvvələrinə məxsus qırıcıya (F/A-18-ə), səhvən atəş açıb və onu vurub” – agentlik bu barədə ABŞ Mərkəzi Komandanlığının bəyanatına istinadən xəbər verir.
Komandanlığın bildirdiyinə görə, pilotlar suya atılıb. Onlar xilas edilib, yalnız biri yüngül xəsarət alıb.
Agentlik qeyd edir ki, qırıcı ABŞ-ın Yəmən husilərinin hədəflərinə endirdiyi zərbələr zamanı vurulub.