Ağstafa sakini dəm qazından boğularaq ölüb.
NOCOMMENT.az–ın məlumatına görə, hadisə rayonun Köhnə Qışlaq kəndində baş verib. Belə ki,kənd sakini 1985-ci il təvəllüdlü Emin Tağıyev yaşadığı evin vanna otağında zəhərlənib. Onun meyiti ailə üzvləri tərəfindən aşkarlanıb.
Faktla bağlı Ağstafa rayon prokrorluğunda araşdırma aparılır.