İsveçrə Ukrayna ilə bağlı ikinci konfrans təşkil etmək planının olmadığını açıqlayıbbackend

İsveçrə Ukrayna ilə bağlı ikinci konfrans təşkil etmək planının olmadığını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrə Xarici İşlər Nazirliyi bəyan edib ki, İsveçrə Ukrayna ilə bağlı ikinci konfrans keçirməyi planlaşdırmır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi “İzvestiya” nəşrinə məlumat verib.

“Hazırda İsveçrə ikinci sülh konfransı keçirməyi planlaşdırmır”, – nazirlik qeyd edib.

Eyni zamanda XİN əlavə edib ki, hazırda ölkə diqqəti atəşkəs danışıqlarına hazırlığa yönəldir.

Öz növbəsində, Rusiyanın Berndəki səfirliyi nəşrə vurğulayıb ki, Rusiya tərəfi “açıq Kiyevpərəst kursu”na görə İsveçrəni Ukrayna münaqişəsində potensial vasitəçi hesab etmir.