Bu gün Astara rayonunun bəzi qəsəbə və kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, Astara Elektrik Şəbəkəsinə (EŞ) daxil olan bir sıra ərazilərdə 35 kV-luq “Lovain” və “Astara” hava xətlərində aparılan təmir və budama işləri ilə əlaqədar dekabrın 24-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 14:00-dan saat 16:30-dək Kijəbə, Ərçivan qəsəbələri, Lovain, Pensər, Səncərədi, Qapıçıməhəllə, Çayoba, Şahağac, Siyaku, Şiyəkəran, Hamoşam kənlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir və budama işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.\\Unikal