“Telegram”ın 2024-cü ildə ümumi gəliri 1 milyard dolları ötüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə mesencerin həmtəsisçisi Pavel Durov məlumat verib.
O qeyd edib ki, monetizasiyanın işə salınmasından sonra üç il ərzində ilk dəfə “Telegram” gəlir gətirib.
Durov əlavə edib ki, “Telegram Premium” abunəçilərinin sayı 12 milyonu ötüb.
İş adamı 2024-cü ili mesencer üçün “çox yaxşı il” adlandırıb.