Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana xarici ölkələrdən 182 ədəd avtobetonqarışdırıcı gətirilib.
NOCOMMENT.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu idxala çəkilən xərcin həcmi 8 milyon 699 min 960 ABŞ dolları (14 milyon 789 min 932 manat) təşkil edib. İdxal olunan bir ədəd avtobetonqarışdırıcının orta qiyməti 47 min 802 dollar (81 min 263 manat) təşkil edib.
Bu dövrdə Çindən 168 ədəd avtobetonqarışdırıcı alınıb və buna 7 milyon 711 min 780 dollar (13 milyon 110 min 26 manat) vəsait sərf olunub. Çindən idxal olunan bir ədəd avtobetonqarışdırıcının orta qiyməti 45 min 903 dollar (78 min 35 manat) olub.
Almaniyadan alınan 14 ədəd avtobetonqarışdırıcıya 988 min 180 dollar (1 milyon 679 min 906 manat) vəsait xərclənib. Alınan bir ədəd avtobetonqarışdırıcının orta qiyməti 70 min 584 dollar (119 min 993 manat) təşkil edib.\\Valyuta.az