“iPhone 17” nə vaxt çıxacaq və qiyməti nə qədər olacaq?backend

“iPhone 17” nə vaxt çıxacaq və qiyməti nə qədər olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Apple” məhsulları ilə bağlı yayılan şayiələr texnologiya dünyasında ən çox müzakirə olunan mövzulardandır. Şirkətin yeni modellərlə bağlı səssiz qalması isə bu marağı daha da artırır.

NOCOMMENT.az Qaynarinfo -ya istinadən xəbər verir ki, “iPhone 16″nın təqdimatından az bir müddət sonra “iPhone 17” ilə bağlı ilk məlumatlar artıq yayılmağa başlayıb. Bu yazıda “iPhone 17” haqqında indiyə qədər bilinən şayiələr və ehtimalları təqdim edirik.

“iPhone 17″nin təqdimat tarixi

“Apple” adətən yeni “iPhone” modellərini sentyabr ayında, ayın ikinci həftəsindəki çərşənbə axşamı günü təqdim edir. Bu ənənə nəzərə alınarsa, “iPhone 17” seriyasının 9 sentyabr 2025-ci ildə təqdim olunacağı gözlənilir.

Keçmiş illərdə “iPhone” təqdimatlarının tarixi:

iPhone 16: 20 sentyabr 2024
iPhone 15: 12 sentyabr 2023
iPhone 14: 7 sentyabr 2022
iPhone 13: 14 sentyabr 2021
iPhone 12: 13 oktyabr 2020 (COVID-19 pandemiyasına görə gecikmişdi)

Adətən “iPhone” modellərinin ön sifarişləri təqdimatdan sonrakı cümə günü başlayır və cihazlar bir həftə sonra istifadəçilərə çatdırılır. Lakin istehsal problemləri səbəbindən bəzi modellərin çatdırılması gecikə bilər.

“iPhone 17″nin qiyməti

“Apple” “iPhone 17” seriyası üçün rəsmi qiymət açıqlamasa da, bəzi şayiələr mövcuddur. Yeni “Slim” modelinin “Plus” modelini əvəz edəcəyi və “Pro Max” modelindən daha baha olacağı ehtimal edilir.

Mümkün qiymətlər:

iPhone 17: 6.27 düymlük LTPO ekran, A19 prosessor, 8GB RAM (799$)
iPhone 17 Pro: 6.27 düymlük LTPO ekran, A19 Pro prosessor, 12GB RAM (1.099$)
iPhone 17 Pro Max: 6.86 düymlük LTPO ekran, A19 Pro prosessor, 12GB RAM (1.199$)
iPhone 17 Slim: 6.65 düymlük LTPO ekran, A19 prosessor, 8GB RAM (1.299$)

Bu qiymətlər ABŞ bazarına uyğun təxminlərdir.

“iPhone 18 Pro” haqqında ilkin məlumatlar

2026-cı ildə təqdim olunması gözlənilən “iPhone 18 Pro” modelinin dəyişən diyafram texnologiyasına malik əsas kamera ilə təchiz ediləcəyi deyilir. Bu texnologiya sayəsində kamera müxtəlif işıqlandırma şəraitinə uyğunlaşa və daha yaxşı fokuslama imkanları təqdim edə bilər.