Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
NOCOMMENT.az xəbər verir ki, AZAL-dan bildirilib ki, sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.
Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.
***
11:28
Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə 12 nəfər sağ qalıb.
Bu barədə jurnalistlərə açıqlamasında Qazaxıstanının səhiyyə naziri Əkmaral Əlnəzərova deyib:
“Təyyarə qəzası yerindən müxtəlif dərəcəli bədən xəsarətləri alan 12 nəfər (onlardan biri uşaqdır) Aktaudakı Mangistau Regional Xəstəxanasına çatdırılıb. Vəziyyətlərinin ağır olduğu bildirilir. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Hadisə yerində 14 təcili yardım briqadası var”.\\Unikal