Qazaxıstan prezidentinin tapşırığına əsasən, Aktau yaxınlığında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə bağlı yaradılan dövlət komissiyasına baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edəcək.
NOCOMMENT.az bildirir ki, bu barədə Kazinform İnformasiya Agentliyi məlumat yayıb.
“Qasım-Jomart Tokayev yaralılara lazımi yardım göstərmək üçün Astanadan Aktauya bir qrup tibb işçisi göndərməyi də tapşırıb”, – əlavə edilib.
Xatırladaq ki, bu gün Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysi ilə uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə qəzaya uğrayıb. Təyyarədə 5-i ekipaj üzvü olmaqla 67 nəfər olub.