Üç NATO ölkəsi ABŞ olmadan Rusiya ilə qarşıdurmaya hazır olmadıqlarını bildiriblərbackend

Üç NATO ölkəsi ABŞ olmadan Rusiya ilə qarşıdurmaya hazır olmadıqlarını bildiriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya, Latviya və Estoniya hakimiyyəti etiraf edib ki, Avropa NATO üzvləri ABŞ-ın iştirakı olmadan Rusiya ilə qarşıdurmaya hazır deyillər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə üç ölkə liderinin müsahibəsini dərc edən “İndependent” nəşri yazıb.

“NATO Rusiya ilə ABŞ olmadan mübarizə aparmağa hazır deyil, üç müttəfiq ölkə lideri müttəfiqləri müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa çağırıb”, – portalın məqaləsində deyilir.

Məqalədə bildirilir ki, Finlandiya prezidenti Aleksandr Stubb, Latviya prezidenti Edqars Rinkeviçs və Estoniyanın baş naziri Kristen Michal NATO müttəfiqlərini müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa çağırıb.

O cümlədən Stubb müsahibəsində NATO-nu ABŞsız təsəvvür edə bilməyəcəyini bildirib.

“Biz hazır deyilik. “Bu, tamamilə göz qabağındadır”, – Latviya rəhbəri “The Independent”ə müsahibəsində deyib.

Onun fikrincə, ABŞ-ın əvvəlki kimi Avropaya sərmayə qoyacağına ümid etmək olmaz.

Nəşrin məqaləsində qeyd edilir ki, Avropanın xüsusilə ABŞ-ın iştirakı olmadan “özünü müdafiə edə bilməməsi” Ukraynaya hərbi yardımın davam etdirilməsində mövcud çətinlikləri önə çəkir.