BBC: Danimarka Qrenlandiyanın müdafiə xərclərini artıracaqbackend

BBC: Danimarka Qrenlandiyanın müdafiə xərclərini artıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp adanı almaq istədiyini dedikdən sonra Danimarka hökuməti Qrenlandiyanın müdafiəsinə ayrılan xərcləri artırmaq qərarına gəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib ki, müdafiə paketi ən azı 1,5 milyard dollara başa gələcək və bu, iki yeni təftiş gəmisi, iki yeni uzaq mənzilli pilotsuz təyyarə və iki əlavə it kirşəsi almağa imkan verəcək.

O, həmçinin paytaxt Nuukda Arktika Komandanlığının şəxsi heyətinin artırılmasını maliyyələşdirməyi və Qrenlandiyanın üç əsas mülki hava limanından birini F-35 səsdən sürətli döyüş təyyarələrinin yerləşdirilməsi üçün təkmilləşdirməyi planlaşdırır.

“Biz uzun illərdir ki, Arktikaya kifayət qədər sərmayə qoymamışıq, indi daha güclü mövcudluğu planlaşdırırıq”, – deyə rəsmi əlavə edib.

Qeyd edək ki, dekabrın 23-də Tramp Danimarkanın bir hissəsi olan Qrenlandiya adasının Amerika Birləşmiş Ştatlarının mülkiyyətinə keçməli olduğunu bəyan edib. Gələcək Amerika prezidenti qeyd edib ki, Qrenlandiyaya sahiblik və nəzarət “mütləq zərurətdir”. Onun sözlərinə görə, bu, “bütün dünyada milli təhlükəsizlik və azadlıq məqsədləri üçün” lazımdır.